U-21-in mətbuat üçün açıq məşqi olacaq

15:27 10-10-2018
U-21-in mətbuat üçün açıq məşqi olacaq

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq.
Sportmedia.az xəbər verir ki, oktyabrın 12-də, saat 17:00-da, Bayıl Arenada başlayacaq məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, komanda Norveçə oktyabrın 13-də yola düşəcək.


.
.
.
0.82528281211853