Bafetimbi Qomis: "Pula ehtiyacları var idi və məni satmaq istədilər"

15:16 10-10-2018
Bafetimbi Qomis: "Pula ehtiyacları var idi və məni satmaq istədilər"

“Qalatasaray”ın keçən mövsümdəki bombardiri Bafetimbi Qomis transferi ilə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinə müsahibə verən Qomis “Qalatasaray” rəhbərliyi haqqında “Pula ehtiyacları var idi və məni satmaq istədilər” deyib.

“Əlbəttə ki, “Qalatasaray”da qalmaq istəyirdim. Karyeramı burda davam etdirmək və müqavilənin müddətini uzatmaq istədiyimi dedim. Maaşımın artırılmasını tələb etməmişdim. Müqavilənin müddətinin uzadılması ilə bağlı tələbim isə qəbul edilmədi”.

“Menecerim klubla razılaşmaq üçün getmişdi və mənim ilk hədəfim “Qalatasaray”da qalmaq idi. Lakin, prezident və idarə heyəti “Qomisə təklif var?” sualını veriblər. Bu, məni çox məyus etdi”.

“Mövsümün sonunda mənə təklifin gəlməməyinin əsas səbəbi o idi ki, mövsüm ərzində gələn bütün təklifləri rədd etmişdim. Dekabrda Çindən təklif gəlmişdi, lakin “Qalatasaray”la olan hekayəmin davam etməsini, çempionluğu və bombardirliyi istəyirdim. Mövsüm sonunda hiss etdim ki, mənimlə yolları ayırmaq istəyirlər”.

“Pula ehtiyacları var idi və məni satmaq istədilər, onları başa düşürəm. Maliyyə sıxıntıları var idi, başa düşürəm, lakin bu qərarın məsuliyyətini öz üzərilərinə götürməlidirlər”.

Xatırladaq ki, Bafetimbi Qomis hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun şərəfini qoruyur.


.
.
.
1.8898949623108