"Fənərbaxça"nın yeni forma sponsoru bəlli olub

16:43 10-10-2018
"Fənərbaxça"nın yeni forma sponsoru bəlli olub

“Fənərbaxça”da yeni sponsorluq müqaviləsi imzalanıb.
Sportmedia.az xəbər verir ki, Qətərin bir firması ilə aparılan danışıqlar nəticə vermədiyinə görə, “sarı-lacivərtlilər” “Tüpraş” şirkəti ilə razılığa gəlib.
Bundan sonra İstanbul təmsilçisinin yeni forma sponsoru “Tüpraş” olacaq. “Fənərbaxça” “Sivasspor”a qarşı keçiriləcək matça üzərində “Tüpraş” yazılı forma ilə çıxacaq.


.
.
.
0.41070199012756