Neymarla Mbappe Kavani ilə oynamaq istəmir

17:05 10-10-2018
Neymarla Mbappe Kavani ilə oynamaq istəmir

PSJ-də forma geyinən Neymar, Mbappe və Kavani ilə bağlı maraqlı statistika ortaya çıxıb.
Sportmedia.az xəbər verir ki, Fransanın "L'ÉQUIPE" qəzeti PSJ-nin hücum xəttini təşkil edən Neymar, Mbappe və Kavaninin bir-birilərinə ötürdükləri topların statistikasını hazırlayıb.
Statistikaya əsasən, Neymar qəbul etdiyi topların 25 faizini Mbappeyə, 0.5 faizini isə Kavaniyə ötürüb. Fransalı son dünya çempionu Kilian Mbappe isə topların 31 faizini Neymara, 5 fazini isə Kavaniyə ötürüb. Bu statistikadan da görünür ki, hücum hücum xəttində daha çox Neymarla Mbappe bir-biriləri ilə paslaşırlar.
Kavaninin bu mövsüm 6 qol vurub 3 məhsuldar ötürmə etməsinə rəğmən komandada xoşbəxt olmadığı qeyd edilir.


.
.
.
0.4016740322113