Yığmalarımızın açıq məşqi olacaq

14:22 11-10-2018
Yığmalarımızın açıq məşqi olacaq

Güləş yığmalarımız Macarıstanda keçiriləcək dünya çempionatının hazırlığını davam etdirir.

Sportmedia.az xəbər verir ki, qadınlardan ibarət millimiz Türkiyədə, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız isə vətəndə təlim-məşq toplanışı keçir. Sabah həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11.00-da Olimpiya Güləş Mərkəzində başlayacaq hazırlıq prosesində baş məşqçilər – Firdovsi Umudov və Şaban Donat jurnalistlərin suallarını cavablandıracaq.


.
.
.
0.44627094268799