Bonuççi: "Yuventus"dan ayrılmaq xəta idi"

17:21 11-10-2018
Bonuççi: "Yuventus"dan ayrılmaq xəta idi"

Keçən mövsüm “Milan”da oynadıqdan sonra “Yuventus”a qayıdan Leonardo Bonuççi İtaliya mətbuatına maraqlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, “Yuventus”dan ayrılmasının yalnış olduğunu deyən Bonuççi:
“Yuventus”da son 4 yada qüruruma toxunulmuşdu və bu, mənə çox təsir etmişdi. Düzgün qərar verəcək vəziyyətdə deyildim. Burdan ayrılanda səhv etdiyimi başa düşdüm. İstədiyim tək şey “Yuventus”a qayıtmaq idi. Bu fürsəti mənə verdiklərinə görə şanslıyam”.

“Yuvenstus”da olarkən Alleqri ilə yaşadığı problemləri unutduqlarını deyən təcrübəli müdafiəçi: “Alleqri ilə yaşanan problemləri unutmuşuq. Ağıllı və yetkin insanlar kimi hədəfə köklənmişik”.

Bonuççi gələcəkdə baş məşqçi olmaq istədiyini də vurğulayıb: “Futbolçuluq karyeramı başa vurduqdan sonra baş məşqçi olmaq istəyirəm. Ən böyük xəyalım “Yuventus”u çalışdırmaqdı”.


.
.
.
0.4528501033783