İbrahimoviç: "Mançester Yunayted" üçün ən doğru baş məşqçi Mourinyodu"

17:58 11-10-2018
İbrahimoviç: "Mançester Yunayted" üçün ən doğru baş məşqçi Mourinyodu"

MLS-də mübarizə aparan "LA Qalaksi"nin şərəfini qoruyan Zlatan İbrahimoviç "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo haqqında danışıb.

Sportmedia.az xəbər verir ki, "Mirror"a müsahibə verən isveçli hücumçu: 

"Joze Mourinyonun Premyer Liqada çempion olmaq istedadına sahib olduğunu düşünürəm".

Joze Mourinyoya heyranlığı ilə bilinən İbrahimoviç: "Məncə Mourinyo "Mançester Yunayted" üçün ən doğru baş məşqidi. Lakin, bir çalışdırıcı yalnız komandası qədər yaxşı ola bilər. Əgər komanda pisdisə, edəcək bir şey yoxdu. "Mançester Yunayted"in vəziyyətinin getdikcə yaxşıya getdiyini düşünürəm".

İbrahimoviç Mourinyonun fərqli xarakterə malik olduğunu və çox özəl bir baş məşqçi olduğunu bildirib: "O, niyə bu qədər özəldi? Çünki, hər şeydən əvvəl qazanan biridi. Qazanmaq üçün hər şeyi edir. Oyunu çox yaxşı bilir və çox yaxşı oxuyur. O, insanların zehnini manipülyasiya edir. Bu xüsusiyyətinə görə Mourinyo mənim üçün çox özəldi. Joze Mourinyo klassik baş məşqçi deyil. Özünü ifadə etməyi və xarakteri çox fərqlidi".

Qeyd edək ki, İbrahimoviç Mourinyo ilə "İnter" və "Mançester Yunayted"də birlikdə çalışıb.


.
.
.
0.60808706283569