Mbappe: "Bizim kimi insanlar üçün başqalarına maddi yardım etmək çətin deyil"

14:38 12-10-2018
Mbappe: "Bizim kimi insanlar üçün başqalarına maddi yardım etmək çətin deyil"

Rusiyada təşkil olunan DÇ-2018-də çempionluq yaşayan Kilian Mbappe ona verilən 433 min avroluq pul mükafatını xeyriyyə qurumuna bağışlaması haqqında açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, “Time” jurnalına danışan gənc futbolçu:
“Mənə mükafat vermək lazım deyildi. Ölkəmin rənglərini müdafiə etmək üçün ordaydım. Onsuz da mən çox pul qazanıram. Bizim kimi insanlar üçün başqalarına maddi yardım etmək çətin deyil”.

Mbappe başqalarına kömək etməkdən zövq aldığını bildirib: “Verdiyim pul mənim həyatımı dəyişdirməz, lakin onların həyatını dəyişdirər. Bu, mənim üçün bir zövqdü”.

Xatırladaq ki, fransalı oyunçu çempionluğa görə federasiyadan aldığı 433 min avroluq mükafatı xəstə və əlil insanlara idman təhsili verən xeyriyyə qurumuna bağışlamışdı.


.
.
.
0.42171883583069