"Beşiktaş" axtardığı yarımüdafiəçini tapıb

15:37 12-10-2018
"Beşiktaş" axtardığı yarımüdafiəçini tapıb

Transfer çalışmalarına başlayan “Beşiktaş” “Udineze”nin futbolçusu Seko Fofana ilə maraqlaır.
Sportmedia.az xəbər verir ki, bu haqda “Hürriyet” məlumat yayıb.
İstanbul təmsilçisi kotdivuarlı oyunçunu satın alma maddəsi ilə icarəyə götürməyi hədəfləyir.
Qeyd edək ki, 2016-cı ildə “Mançester Siti”dən 3.5 milyon avroya “Udineze”yə keçən Fofana A Seriyada uğurlu perfans göstərir. Belə ki, bu mövsüm 23 yaşlı yarımmüdafiəçi 8 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Udineze” karyerası boyunca isə Seko Fofana 9 qol vurub. Oyunçunun müqaviləsi 2022-ci ildə başa çatır.


.
.
.
0.37699890136719