100-cü qol və iki ildən sonra….

17:50 12-10-2018
100-cü qol və iki ildən sonra….

Bu gün futsal üzrə Yüksək Liqada keçirilən 2 oyun iki statistik göstərici ilə yadda qalıb.
Sportmedia.az xəbər verir ki, ilk oyunda cari mövsümdə 100-cü qol vurulub. EKOL – Yasamal İSK qarşılaşmasında birincilər yubiley qolunun müəllifi olub. Belə ki, Sərxan Məstiyevin 25:37-də vurduğu qol mövsümün ilk üçrəqəmli yubileyidi. Bu oyunda iki ildən sonra daha bir göstərici yenilənib. EKOL hazırkı Yüksək Liqada bir oyunda 20-dən artıq qol vuran ilk komanda olub. Bir komandanın bir oyunda 20 və daha çox qol vurduğu sonuncu göstərici 2016-2017-ci il mövsümündə qeydə alınmışdı.


.
.
.
0.41732597351074