Şinci Okazaki Türkiyə klubunun hədəfində

17:58 12-10-2018
Şinci Okazaki Türkiyə klubunun hədəfində

“Lester Siti”nin futbolçusu Şinci Okazaki “Qalatasaray”ın maraq dairəsinə düşüb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Eye Football” məlumat yayıb.
Bildirilir ki, əgər baş məşqçi Fatih Tərim də istəyərsə, “Cim Bom” yapon oyunçunu 5 milyon avro qarşılığında heyətinə qatacaq.
Yaponiya millisinin də üzvü olan 32 yaşlı futbolçu “Lester Siti” forması ilə 118 qarşılaşmada iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


.
.
.
0.69417095184326