"Neftçi" ikitərəfli oyun keçirdi

14:14 13-10-2018
"Neftçi" ikitərəfli oyun keçirdi

"Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Sportmedia.az xəbər verir ki, komanda bu gün hazırlıq çərçivəsində ikitərəfli oyun keçirib. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, "Neftçi-2”nin bir neçə üzvü meydana çıxıb.

"Ağlar” və "qaralar”a bölünən komandaların oyununda birincilər qələbə qazanıblar – 3:2. Qaliblərin qollarını Mirabdulla Abbasov, Şöhrət Yusifov və Tural Axundov vurublar. "Qaralar”dan isə Rəşad Eyubov və Kvame Karikari fərqlənib.

Xatırladaq ki, "Qəbələ” – "Neftçi” oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.


.
.
.
0.489905834198