Atakora oynadı, Toqo millisi 1 xal qazandı

14:15 13-10-2018
Atakora oynadı, Toqo millisi 1 xal qazandı

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində meydana çıxıb. O, D qrupunun III turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.
Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.


.
.
.
0.43768000602722