Samir Nəsri Premyer Liqaya qayıda bilər

19:50 13-10-2018
Samir Nəsri Premyer Liqaya qayıda bilər

Sonuncu dəfə “Antalyaspor”un formasını geyinən və daha sonra 18 aylıq dopinq cəzası alan Samir Nəsri İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
İddia edilir ki, fransalı futbolçu “Everton”a transfer ola bilər. “Mavilər”in baş məşqçisi Marko Silva Nəsrinin etdiyi səhvlərdən dərs çıxardığını və komandaya kömək edə biləcəyini fikirləşir.
Karyerası boyunca iki dəfə Premyer Liqa çempionluğu yaşayan 31 yaşlı yarımmüdafiəçi 1 il yarımdır yaşıl meydanlardan kənardadı.


.
.
.
0.45903015136719