Lionel Messi pulsuz transfer oluna biləcək

15:31 14-10-2018
Lionel Messi pulsuz transfer oluna biləcək

İspaniya La Liqasında mübarizə aparan “Barselona” gələn yay Lionel Messiyə yeni müqavilə təklif etmək niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, sözləşməyə 2020-ci ildə qüvvəyə minəcək yeni maddənin əlavə edilməsi planlaşdırırlır. Yeni maddəyə əsasən, ulduz futbolçu elit olmayan komandalara pulsuz transfer ola biləcək. Beləliklə, argentinalı oyunçunun Xavi və İnyesta kimi Çin, Qətər və ya Yaponiya Liqalarında mübarizə aparan klublara transfer olması asanlaşacaq.


.
.
.
0.57659101486206