ML: Azərbaycan – Malta: Məşqçi fikirləri

00:37 15-10-2018
ML: Azərbaycan – Malta: Məşqçi fikirləri

UEFA Millətlər Liqası turniri çərçivəsində bu gün Bakı Olimpiya StadionundaAzərbaycan – Malta oyunu keçirilib.
Sportmedia.az oyunsonrası hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə, futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Futbolçularda müəyyən qədər gərginlik vardı. Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşib. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər”.


Raymond Farrugia (Malta milli komandasının baş məşqçisi): “Komandam yaxşı çıxış etdi. Rəqib meydanında həm qol vurduq, həm də xal qazandıq. Üstəlik, uzaq səfərdən gəldiyimizi də unutmamalıyıq.
Heyətimiz gənclərdən qurulub, ancaq təcrübəli futbolçuların xidmətindən də faydalanırıq. Uzun müddətdən sonra oyun fəlsəfəmizi dəyişmişik. Azərbaycan millisi haqda da xoş sözlər demək istərdim. Onlara qarşı çox yaxşı oynadıq. Rəqibimiz fantastik komandadır. Nəticə bizim üçün ürəkaçan oldu. Amma futbolçularımı qazandıqları 1 xaldan çox, göstərdikləri xarakterə görə təbrik edirəm”.


.
.
.
0.43492698669434