Turan Bayramov: "Sevincimin həddi-hüdudu yoxdur" - Video

14:22 15-10-2018
Turan Bayramov: "Sevincimin həddi-hüdudu yoxdur" - Video

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.

Sportmedia.az xəbər verir ki, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”.


.
.
.
0.45947313308716