Jiru: Təklif aldım, lakin ayrılmadım"

15:45 15-10-2018
Jiru: Təklif aldım, lakin ayrılmadım"

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçusu Olivye Jiru transferi ilə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, “L'Equipe” qəzetinə danışan fransalı futbolçu:
“Marsel” ilə keçən mövsüm həqiqətən transfer üçün danışıqlar aparmışdıq, lakin bu transfer dönəmində konkret bir şey olmadı. “Çelsi”yə təzə gəlmişdim və 3 ay sonra burdan getmək vaxtı deyildi”.

“Çelsi”nin böyüklüyünü vurğulayan Jiru: “Məncə, “Çelsi” İngiltərənin ən böyük klubudu. Olmaq istədiyim yerdəyəm, niyə ayrılım ki?

Xatırladaq ki, “Arsenal”dan 2018-ci ildə 17 milyon avroya transfer olunan son dünya çempionunun müqaviləsi 2019-cu ildə bitir. “Çelsi”dəki karyerasında 26 oyunda iştirak edən forvard 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Bu mövsüm isə 7 liqa matçında 4 məhsuldar ötürmə edib.


.
.
.
0.40145492553711