"Liverpul" o futbolçusu ilə yolları ayırır

16:09 15-10-2018
"Liverpul" o futbolçusu ilə yolları ayırır

“Liverpul”un futbolçusu Alberto Moreno mövsümün sonunda komandadan ayrılacaq.
Sportmedia.az xəbər verir ki, bu haqda “Goal” məlumat yayıb.
Mövsümün sonunda müqaviləsi bitəcək ispaniyalı oyunçu ilə “Liverpul” danışıqlar aparmayıb. Təklif ala bilməyən və gözdən çıxarılan Moreno mövsümün sonunda komandadan ayrılıb azad agnet kimi başqa bir kluba keçməyə hazırlaşır.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi bu mövsüm sadəcə bir matçda – Liqa Kubokunda “Çelsi”yə qarşı keçirilən oyunda iştirak edib.
Xatırladaq ki, “Liverpul” Morenanı 2014-cü ildə “Sevilya”dan 18 milyon avro qarşılığında transfer etmişdi.


.
.
.
0.47531986236572