"Mançester Yunayted"in futbolçusu PSJ-nin maraq dairəsində

16:22 15-10-2018
"Mançester Yunayted"in futbolçusu PSJ-nin maraq dairəsində

Son illər adı “Real”la (Madrid) hallanan David De Xea bu dəfə PSJ-nin maraq dairəsinə düşüb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
İspan qapıçının “Mançester Yunayted”lə olan sözləşməsi mövsümün sonunda bitir. Lakin, “qırmızı şeytanlar”ın tək tərəfli sözləşmənin müddətini uzatmaq hüququna malik olduğu qeyd edilir.
Xatırladaq ki, daha öncə De Xeanın bir neçə dəfə “Real”la da adı hallanmış, baş məşqçi Joze Mourinyo isə qolkiperlə yeni müqaviləsnin imzalanmasının lazım olduğunu demişdi.


.
.
.
0.67460107803345