5 liqada 3584 futbolçu meydana çıxıb

17:04 15-10-2018
5 liqada 3584 futbolçu meydana çıxıb

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13 və Kapital Bank U-14, liqalarında ötən həftə ümumilikdə 256 oyun keçirilib.
Sportmedia.az xəbər verir ki, bu oyunlar zamanı 3584 futbolçu meydana çıxıb.
Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, liqaların oyunları 12 mərkəzləşdirilmiş regionda - Bakı, Sumqayıt, Cəlilabad, Lənkəran, Quba, Mingəçevir, Qax, Qəbələ, Gəncə, Tovuz, İmişli və Ağsuda keçirilir.


.
.
.
0.43783497810364