"Borussiya" "Cenoa"nın forvardını istəyir

17:20 15-10-2018
"Borussiya" "Cenoa"nın forvardını istəyir

“Cenoan”nın heyətində A Seriyada vurduğu qollarla diqqətləri cəlb edən Kşiştof Pyatekə nəhəng klubların maraqğı artıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.
Bildirilir ki, Bundesliqada uğurlu çıxış edən “Borussiya” (Dortmund) polşalı futbolçunu yaxından izləyir. Bu mövsüm üçün Pako Alkakeri icarəyə götürən Dortmund təmsilçisi 23 yaşlı forvardı transfer etmək istəyir.
“Borussiya”dan başqa “Bavariya”, “Yuventus” və “Liverpul” kimi nəhng klubların da Pyateklə maraqlandığı qeyd edilir.
Xatırladaq ki, “Cenoa”nın mövsümün əvvəlində 4.5 milyon avroya Polşanın “Krakoviya” klubundan transfer etdiyi Kşiştof Pyatek İtaliya təmsilçisinin forması ilə oynadığı 8 rəsmi qarşılaşmada 13 qol vurub.


.
.
.
0.45549297332764