İntizam Komitəsinin qərarları

14:13 16-10-2018
İntizam Komitəsinin qərarları

AFFA-nın intizam komitəsinin iclası baş tutub.
Sportmedia.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

13 oktyabr 2018-ci il, Region Liqasının, “İmişli” FK – “Ağsu Siti” matçının 60-cı dəqiqəsində “Ağsu Siti” klubunun 4 №-li futbolçusu Mirxəyyam Seydəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 oktyabr 2018-ci il, Region Liqasının, “Qoşqar UGİM 2” – “Kürmük” matçının 73-cü dəqiqəsində “Qoşqar UGİM 2” klubunun 13 №-li futbolçusu Elxan Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Tufan” FK – “Səbail” matçının 32-ci dəqiqəsində “Tufan” klubunun 22 №-li futbolçusu Arzu Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
13 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Neftçi” İK İB – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 10 №-li futbolçusu Vaqif Ağadadaşov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Oyunun 82-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 1 №-li futbolçusu Murad Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
6 oktyabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “UGİM 1” (Sumqayıt) – “Laçın” (Pirəküşkül) matçı başa çatandan sonra “Laçın” klubunun məşqçisi Məhəbbət Rəhimov aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılır (maddə 38.7), (maddə 38.8).
13 oktyabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Uğur Gii” (Ucar) – “Sabirabad” matçının 30-cu dəqiqəsində “Sabirabad” klubunun 1 №-li futbolçusu İsmayıl Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 48-ci dəqiqəsində “Uğur” klubunun 13 №-li futbolçusu Musa Hacızadə öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1). Oyunun 48-ci dəqiqəsində “Uğur” klubunun 5 №-li futbolçusu Xəyal Cahangirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
13 oktyabr 2018-ci il, U-11 Liqasının, “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun məşqçisi Seymur Şəbiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
14 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Avanqart” – “Star Karqo” matçının 24-cü dəqiqəsində “Star Karqo” klubunun 84 №-li futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
14 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Baker Tilly” – “Hicran” matçının 21-ci dəqiqəsində “Hicran” klubunun 9 №-li futzalçısı Rafiq Salayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bibi-Heybət” – “Baku Fire-2” matçının 26-cı dəqiqəsində “Baku Fire-2” klubunun 10 №-li futzalçısı Fikrət Zeynallı hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).


.
.
.
0.44258904457092