Modriç: "Heç vaxt Messi ilə birlikdə oynamaram"

17:22 16-10-2018
Modriç: "Heç vaxt Messi ilə birlikdə oynamaram"

“France Football”a müsahibə verən “Real”ın (Madrid) ulduz futbolçusu Luka Modriç maraqlı açıqlamaları ilə yadda qalıb.
Sportmedia.az xəbər verir ki, FİFA-nın “The Best” mükafatının qalibi və “Ballon d'Or” mükafatına namizəd olan Modriç:
“Messi ilə rəqibik. Ona qarşı oynamışam, lakin onunla birlikdə oynamamışam. Təbii ki, Messi tarixin ən yaxşı futbolçularından biridi, lakin heç vaxt onunla birlikdə oynamaram”.

Kriştiano Ronaldo haqqında da danışan xorvat yarımmüdafiəçi: “Real”da Ronaldo ilə birlikdə möhtəşəm 6 il keçirdik. Çox yaxşı dost idik və bir-birimizə çox hörmət edirdik. İndi Madriddə yoxdu, lakin mesajlaşmağa davam edirik. Aramızdakı münasibət çox yaxşıdı”.

Həmçinin, son dünya çempionatının finalçısı: “Balkan müharibəsindən qaçmağın ən yaxşı yolu futboldu. Dostlarımla bir top tapırdıq və saatlarla oynayırdıq. Deyəsən, doğulandan bəri peşəkar bir futbolçu olmağı istəmişəm. Futbol mənim ilk sevgimdir”.


.
.
.
0.38921093940735