Robben: "Uzun illər sıxıcı bir liqa olduğu deyilirdi"

14:37 18-10-2018
Robben: "Uzun illər sıxıcı bir liqa olduğu deyilirdi"

Bundesliqada ardıcıl olaraq 3 oyunda qələbə qazana bilməyən “Bavariya”nın futbolçusu Aryen Robben önəmli açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, “Borussiya” (Dortmund) ilə çempionluq yarışında mübarizə aparacaqlarını deyən Robben:
“Borussiya” böyük rəqibdi. Yarışda nə qədər qala biləcəyimizi görəcəyik. Bu yarışın olması yaxşıdı. Hər kəs bu yarışın olmağını istəyirdi. Uzun illər sıxıcı bir liqa olduğu deyilirdi”.

Komandanın vəziyyətini dəyərləndirən hollandiyalı oyunçu: “Futbolda hər şey ağ, ya da qara deyil. Arada kölgələr olur. Uduzanda hər şey pis olmur. Hazırda bəzi şeylərə ehtiyacımızn olduğunu fikirləşirəm. Rəqiblərimizə qarşı yenidən üstünlüyü ələ almalıyıq. Tutquya ehtiyacımız var”.

Xatırladaq ki, “Bavariya” ilə mövsümün sonunadək müqaviləsi olan 34 yaşlı Aryen Robben bu mövsüm 10 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


.
.
.
0.35185408592224