"Roma"nın müdafiəçi iki klubun hədəfində

14:46 18-10-2018
"Roma"nın müdafiəçi iki klubun hədəfində

İtaliya A Seriyasında mübarizə aparan “Roma”nın futbolçusu Rik Karsdorp iki klubun birdən maraq dairəsinə düşüb.
Sportmedia.az xəbər verir ki, bu haqda İtaliya mediası məlumat yayıb.
Bildirilir ki, “canavarlar”da heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçu “Sevilya” və “Fənərbaxça” maraqlanır.
“Roma” müdafiəçini icarə əsasında “Feyenoord”a göndərməyi planlaşdırsa da, “Fənərbaxça” və “Sevilya”dan rəsmi təklif gələcəyi təqdirdə fikrini dəyişə biləcəyi qeyd edilir.
Xatırladaq ki, Rik Karsdorp bu mövsüm “Roma” forması ilə 2 oyunda iştirak edib və 98 dəqiqə meydanda mübarizə aparıb.


.
.
.
0.46422910690308