İquain: "Yuventus" məni qovdu"

14:56 18-10-2018
İquain: "Yuventus" məni qovdu"

İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın hücumçusu Qonzalo İquain “Yuventus”dan ayrılmağı ilə bağlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, İtaliya mətbuatına danışan argentinalı futbolçu Ronaldonun komandaya gəlməsindən sonra qovulduğunu deyib.

“Yuventus”dan öz istəyi ilə ayrılmadığını bildirən İquain: “Ronaldo gələndən sonra “Yuventus” mənim getməyimi istədi. Klubdan ayrılmaq mənim səhvim deyildi, bunu hamı bilir. Belə demək mümkünsə, “Yuventus” məni qovdu”.

“Milan”nın baş məşqçisi Cennaro Qattuzonun çox fərqli biri olduğunu vurğulayan oyunçu: “Ən yaxşı yol bu idi. “Qattuzo çox fərqli şeylərə sahibdi. Gözlərinizin içinə baxır və bu şəkildə futbolu sevdiyinizi hiss edirsiniz”.


.
.
.
0.57241702079773