Dünya çempionatında usta cüdoçularımızdan daha 3 medal

14:19 19-10-2018
Dünya çempionatında usta cüdoçularımızdan daha 3 medal

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Sportmedia.az xəbər verir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.
Qeyd edək ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında çempion olub.


.
.
.
0.38553214073181