Filip Lam: "Barça" məni istədi"

14:10 19-10-2018
Filip Lam: "Barça" məni istədi"

“Bavariya” və Almaniya millisinin əfsanəvi oyunçularından biri olan Filip Lam ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, Lam vaxtilə “Barselona”nın hədəfində olduğunu bildirib:
“Barselona” məni istədi. Çox güclü idilər. “Barça”da bir neçə dəfə Çempionlar Liqasının qalibi ola bilərdim. Lakin, bunlara “Bavariya”da nail olmaq mənim üçün daha önəmli idi”.

Sabiq futbolçu “Bavariya”dan gələn idman direktorluğu təklifini qəbul etmədiyini deyib: “Bavariya”nın idman direktorluğu təklifini qəbul etmədim, çünki komandada yaxın dostlarım var idi. Birdən-birə onların rəhbəri olacaqdım. Bu, düzgün olmazdı”.

Kovaça öz dəstəyini bildirən Lam: “Bavariya” həmişə həll yolu tapıb. Yenə zirvələrdə olacaq. Niko Kovaçın bunun öhdəsindən gələcəyinə də əminəm”.

Filip Lam Almaniya millisinin baş məşqçisi Yoahim Lövə güvənməli olduqlarını da vurğulayıb: “Dünya çempionatından sonra Löv açıqlamalarında baş məşqçiliyə davam etmək üçün enerjiyə sahib olduğunu bildirib. Rusiyada baş verənləri unutdurmaq istədiyini deyib. Bu açıqlamalarına güvənməliyik”.


.
.
.
0.51018404960632