Juliano: "Fənərbaxça" məni satdı, çünki..."

16:36 19-10-2018
Juliano: "Fənərbaxça" məni satdı, çünki..."

“Fənərbaxça”dan mövsümün əvvəlində 10.5 milyon avroya Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”ə keçən Juliano tranferi və Səudiyyə Ərəbistanında yaşadıqları ilə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, transfer danışıqlarının çox sürətli keçdiyini deyən braziliyalı:
“Transfer danışıqları çox sürətli keçdi. “Fənərbaxça”ya təklif göndərildi və klubun böyük məbləğdə pula ehtiyacı var idi. Mən də satış potensialı yüksək olan oyunçulardan biri idim. Üç gün ərzində razılaşma əldə olundu”.
“Əl-Nəsr”in yaxşı təklif göndərdiyini vurğulayan yarımmüdafiəçi: “Əl-Nəsr” mənim üçün yaxşı təklif göndərdi. İlk dəfə Ərəbistan yarımadasında oynayacaqdım. Maliyyə cəhətdən də yaxşı idi. Bu fürsəti əldən vermədiyimə görə xoşbəxtəm”.
Juliano Səudiyyə Ərəbistanındakı yaşayışı haqqında da danışıb: “Səudiyyə Ərəbistanına ilk dəfə gələndə çox çətinlik çəkdim. Yay aylarında havanın temperaturu 40 dərəcə idi. Bu istiliyə öyrəşmək çox çətin idi. Amma, komanda yoldaşlarım mənə çox kömək edirlər. Burda xoşbəxtəm”.
Milli karyerası ilə bağlı da danışan Juliano: “Demək olar ki, milli komadada hər yaş qrupunda oynamışam. Bu mənim üçün böyük qürurdu. Milli komandada rəqabətin səviyyəsi çox yüksəkdi. Geniş bir “oyunçu hovuzu” var, lakin ümid edirəm ki, yenidən ölkəmi təmsil edəcəm”.


.
.
.
0.52544283866882