“Barselona”da 25 dəqiqə oynayan Malkoma İngiltərədən təklif

14:15 20-10-2018
“Barselona”da 25 dəqiqə oynayan Malkoma İngiltərədən təklif

“Barselona”nın mövsümün əvvəlində “Bordo”dan transfer etdiyi Malkom “Tottenhem”in maraq dairəsinə düşüb.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Premyer Liqa təmsilçisinin braziliyalı forvard üçün 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, yay transfer dönəmində 21 yaşlı oyunçunu “kataloniyalılar” 41 milyon avro qarşılığında heyətinə qatmışdı.


.
.
.
0.35353493690491