"Qalatasaray" Maykona alternativ tapıb

14:33 20-10-2018
"Qalatasaray" Maykona alternativ tapıb

Dövrələr arası fasilədə Maykonu Səudiyyə Ərəbistanı klubuna göndərməyə hazırlaşan “Qalatasaray” müdafiəşi axtarışlarına davam edir.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
İddia edilir ki, “Cim Bom” bu dəfə Hollandiya klubu “ADO Den Haaq”ın şərəfini qoruyan Vilfrid Kanona göz dikib. Klubdan ayrılmaq istəyən 25 yaşlı oyunçunun “Qalatasaray”da oynamağa müsbət yanaşdığı vurğulanır.
Qeyd edək ki, kotdivuarlı müdafiəçinin Erediviziya təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.


.
.
.
0.451504945755