Peter Krouç: "Mançester Yunayted"ə nifrət edirəm"

16:30 20-10-2018
Peter Krouç: "Mançester Yunayted"ə nifrət edirəm"

İngiltərənin “Stok Siti” klubunun şərəfini qoruyan Peter Krouç “Mançester Yunayted”lə bağlı səmimi etiraflar edib.
Sportmedia.az xəbər verir ki, futbolçuluqla yanaşı “Daily Mail” üçün köşə yazısı yazan Krouç “Mançester Yunayted”ə nifrət etdiyini, lakin içində olduqları xaosdan da zövq almadığını bildirib.

Təcrübəli ingilis forvard uşaqlığındakı “Mançester Yunayted” xatirəsi ilə bağlı danışıb: “Uşaq ikən anamın ailəsi “Mançester Siti” azarkeşi idi. Atam isə məni həmişə “Çelsi”nin oyunlarına aparardı. Uşaq ikən həmişə “Mançester Yunayted”in qalib gəldiyini görürdüm. Hər şeyi qazandılar. Futbolçu oldum, yenə qazandılar. Bu, həqiqətən də əsəbiləşdirici bir şey idi. Buna görə də futbol oynayanda “Mançester Yunayted”ə nifrət etməkdən xoşum gəlirdi. Onlara qarşı oynadığımız oyunlardan böyük həzz alırdım. Onları udanda ən yaxşı komandaya qalib gəldiyinizi bilirdiniz, lakin hazırda içində olduqları xaosdan zövq almıram. Bu fikrimlə razılaşmaya bilərsiniz, lakin “Mançester Yunayted” güclü olanda liqanın da güclü olduğunu fikirləşirəm. “Mançester Yunayted”in də əvvəlki gücünə qayıtmasını istəyirəm”.


.
.
.
0.56568908691406