"Santos" Vaqner Lavı transfer etməkdə israrlıdı

17:48 20-10-2018
"Santos" Vaqner Lavı transfer etməkdə israrlıdı

Braziliyanın "Santos" klubu "Beşiktaş"ın hücumçusu Vaqner Lavı transfer etməkdə israrlıdı.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
"Santos"un iki il üçün 34 yaşlı forvarda 5 milyon avro təklif etdiyi bildirilir. Braziliya təmsilçisinin oyunçunu satın almaq üçün "Beşiktaş"a 2 milyon avromtəklif edəcəyi qeyd edilir.
Xatırladaq ki, yayda "Santos" Lavı rənglərinə bağlamaq üçün hərəkətə keçsə də, transfer reallaşmamışdı.


.
.
.
0.4123899936676