Roberto Bordin: "Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq"

20:28 20-10-2018
Roberto Bordin: "Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında 8-ci turun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, italiyalı mütəxəssis qol imkanlarını qaçırdıqları üçün təssüfləndiyini bildirib: "Qəbələ”ni təbrik edirəm. Rəqib kompakt müdafiə olundu. Təəssüf ki, hesab 0:0 olarkən qol imkanlarından istifadə edə bilmədik. Acınacaqlı hal odur ki, rəqib bizi əks-hücumlarda tutmağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna hazırlaşmalıyıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Dabo və Dario ilk hissədə normal oynadılar. Təkcə onlar yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdırlar. Fasilə zamanı yoxlama oyunu keçirməməyimizin səbəbi kifayət qədər futbolçumuzun milli komandaya dəvət almasıdır. Buna görə də əvəzedici heyətdən bir neçə futbolçu çağırıb, mix-matç keçirməli olduq. Rəşad Eyubova gəlincə, oyun praktikasının az olmasına baxmayaraq, pis oynamadı. Zəif cəhətlərimiz budur ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komanda şəklində uduzmuşuq”.


.
.
.
0.38113212585449