Aftandil Hacıyev: "Bundan imtina edə bilmərik"

22:03 20-10-2018
Aftandil Hacıyev: "Bundan imtina edə bilmərik"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a 0:1 hesabıyla məğlub olduqları oyunu şərh edib:

Sportmedia.az xəbər verir ki, gənc mütəxəssis öncə bunları söyləyib:

- Maraqlı oyunun şahidi olduq. Sürətli oyun alındı. Futbolçularım layiqli mübarizə aparmağı bacardılar. Belə oynamağa davam etsək, yaxşı nəticələr edə bilərik. Qarşıda bizi çətin oyunlar gözləyir.

- “Qarabağ” bu oyunda qalib gəlsə də, texniki məğlubiyyət alacaq. Sizi Premyer Liqanın ən şanslı məşqçisi hesab etmək olar? Çünki daha öncə “Zirə” də sizinlə qarşılaşmada oxşar aqibətlə üzləşmişdi…
- Mən də yeni eşitdim bu xəbəri. Bu, bizə hədiyyə idi. Bundan imtina edə bilmərik. Bəlkə bu səhv bizim də başımıza gələ bilər. Bu texniki səhv "Qarabağ"ın gücünü azaltmır. (komanda.az)


.
.
.
0.33295202255249