Premyer Liqa nəhəngi türk futbolçu üçün “Bavariya”ya rəqib olub

14:57 21-10-2018
Premyer Liqa nəhəngi türk futbolçu üçün “Bavariya”ya rəqib olub

“Bavariya”nın 60 milyon avro ödəməyə hazır olduğu Cengiz Ündərlə “Arsenal” klubu da maraqlanır.
Sportmedia.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb.
Bildirilir ki, “topçular” da Münhen təmsilçisi kimi türk oyunçu üçün 60 milyon avronu gözdən çıxardığı bildirilir.
Xatırladaq ki, “Roma” ilə 2022-ci ilədək müqaviləsi olan 21 yaşlı hücumçu bu mövsüm 9 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.3674840927124