Sabiq “Fənərbaxça”lı İstanbula qayıda bilər

16:43 21-10-2018
Sabiq “Fənərbaxça”lı İstanbula qayıda bilər

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” yanvarda hücumçu transfer etmək üçün çalışmalarını davam etdirir.
Sportmedia.az xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
İddia edilir ki, “Fənərbaxça”nın sabiq futbolçusu Vinsent Yansenin meneceri oyunçunun “Cim Bom”da oynaya biləcəyini klubun idarə heyətinə bildirib.
Keçən mövsüm “Fənərbaxça”da icarə əsasında çıxış edən 24 yaşlı forvard “Tottenhem”ə qayıtmışdı. Hollandiyalı futbolçu “sarı-lacivərtlilər”də oynayarkən ayaq barmağındakı zədəyə görə bir müddət yaşıl meydanlardan kənarda qalmışdı.


.
.
.
0.70521593093872