Naynqolan: "Ronaldonu izləyərdim, o, bir fenomendi"

17:24 21-10-2018
Naynqolan: "Ronaldonu izləyərdim, o, bir fenomendi"

Mövsümün əvvəlində “Roma”dan “İnter”ə keçən Raca Naynqolan özəl açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, həyatdakı öncəliyinin uşaqlarının olduğunu deyən təcrübəli yarımmüdafiəçi:
“Uşaqlarımın xoşbəxt olduğundan əmin olmaq istəyirəm. Gənclərin hər zaman azad yaşamasının tərəfdarıyam. Çünki, yalnız belə fərq yarada bilərlər”.

Keçmişdə braziliyalı “Fenomen” ləqəbli Ronaldonu izlədiyini deyən 30 yaşlı futbolçu: “Futbolda mənim kumirim olmayıb. Oyunçuları keyfiyyətlərinə görə sevmişəm. Ronaldo kimi, o, bir fenomendi. Onu izləyərdim, çünki fərqi şeylər icad edirdi”.

“San Siro”nu tərifləyən belçikalı oyunçu: “Burda olmağım mənim üçün önəmlidi. “San Siro” həyəcanlandıran bir yerdi. Avropanın digər bir neçə stadionu kimi burda da azarkeşin dəstəyini hiss edə bilirsiniz”.


.
.
.
0.3729100227356