Joze Morinyo: "Üzr istədi, qəbul etdim"

17:45 21-10-2018
Joze Morinyo: "Üzr istədi, qəbul etdim"
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünənki “Çelsi” ilə matçda “zadəganlar”ın 2-ci qolundan sonra yaşanan hadisə ilə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli çalışdırıcı “Çelsi”nin köməkçi məşqçisi Marko Lanninin üzr istədiyini və bu üzrü qəbul etdiyini bildirib.
Xatırladaq ki, dünən keçirilən “Çelsi” – “Mançester Yunayted” matçında Joze Mourinyo "Çelsi"nin əsas vaxta artırılmış 6-cı dəqiqədə vurduğu bərabərlik qolundan sonra London təmsilçisinin köməkçi məşqçisi Marko Lanninin təhrikedici sevincinə çox əsəbiləşmiş və üzərinə yeriməyə çalışmışdı. Onu da qeyd edək ki, Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

.
.
.
0.52865099906921