Elşad Əhmədov: "Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq"

20:48 21-10-2018
Elşad Əhmədov: "Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm. Çox sarı vərəqə aldıq. Bu da revanş hissiylə bağlı oldu. Bərabər heyətlə oynasaydıq, futbolçularımız daha maraqlı futbol sərgiləyərdilər”. (komanda.az)


.
.
.
0.440260887146