Nazim Süleymanov: "Rəqib qol şansından istifadə etdi"

20:53 21-10-2018
Nazim Süleymanov: "Rəqib qol şansından istifadə etdi"

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Sumqayıt” – “Sabah” matçı keçirilib – 0:1.
Sportmedia.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Nazim Süleymanov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Oyuna pis başladıq. Təəssüf ki, yenə qırmızı vərəqə aldıq. Hələ ilk hissədən azlıqda qaldıq. İkinci hissədəki dəyişiklikdən sonra kənardan görünürdü ki, üstünlük bizdədi. Əfsuslar olsun ki, yüzfaizli qol epizodundan istifadə edə bilmədik. İkinci hissə bizim, ilk hissə "Sabah" üçün maraqlı oldu. Rəqib qol şansından istifadə etdi".


.
.
.
0.46226000785828