Milinkoviç: "Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı"

22:26 21-10-2018
Milinkoviç: "Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı"

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Çempionatda yaranmış fasilədən sonra ilk oyunda 3 xal qazandıq. 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Oyunun bir hissəsində çox səhvimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Kamran Ağayevin qurtarışlarını qeyd etmək istərdim. Onun bizə çox xeyri oldu. Təzyiq altında oynamaq çox çətindi. Bu üzdən səhvlər də buraxdıq. İkinci hissədə Slavik Alxasonun zərbəsi qeyri-dəqiq alındı. Conatanın zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu, futboldu. Ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə “Zirə” yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular sərəncamımda deyildi. Sərtan Taşkın, Edvinas və Ebrima Sohna oynamırdılar. Ayite cəmi 2 həftədi bizə qoşulub, tam hazır deyil. Bu səbəbdən onu 20-30 dəqiqə oynatmaq istədim. Georgiasın da hərarəti var idi, meydana da belə çıxmışdı. Bizə 3 xal lazım olduğundan, komanda ilə birgə oldu”.
Milinkoviç qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: "8 oyunda ilk qalibiyyətimiz idi. Bundan əvvəl yoxlama matçlarında qalib gəlmişdik. Onu da qeyd edim ki, meydança yaxşı deyil. Belə qazonda daha yaxşı oyun göstərə bilmirik. “Neftçi” və “Qəbələ”nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Meydança yaxşı olsa, daha baxımlı oynayarıq". (komanda.az)


.
.
.
0.43001890182495