Samir Abasov: "Qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq"

22:33 21-10-2018
Samir Abasov: "Qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq"

Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" - "Zirə" (1:0) matçı keçirilib.
Sportmedia.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “qartallar”ın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Oyuna itkilərlə çıxmışdıq. Buna baxmayaraq, yeni futbolçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilərdi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundu. Mayda bizi nələrin gözlədiyini indidən deyə bilmərəm. Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq. Çox zədəlimiz var. U-21 yığmasındakı oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildilər. Əsas odur ki, bu gün çoxlu qol vəziyyətləri yaratdıq. Əvvəlki görüşlərdə heç bunu edə bilmirdik.


.
.
.
0.49799704551697