Elşad Əhmədov: "Ən pis oyunumuzu sərgilədik"

22:35 10-11-2018
Elşad Əhmədov: "Ən pis oyunumuzu sərgilədik"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Permyer Liqanın 11-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 0:4 hesabıyla məğlub olduqları oyundan sonra bunları deyib:

- Deyiləcək çox şey yoxdu. Ən pis oyunumuzu oynadıq. Komandada zədəli futbolçular var. Bu özünü göstərdi. Bəhanə deyil. "Səbail" oyuna tam ciddi hazırlaşmışdı. Onları təbrik edirəm.

- Mikayıl Cabbarov ikinci dəfə idi "Sabah"ın oyununu canlı izləyirdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...
- Belə şeylərə inanmıram. Komanda hazır deyildi oyuna.

- Topsuz olanda "Sabah" meydanda görünmür. Bu, nə ilə bağlıdı?
- Məqsəd İsayev və Elşən Abdullayev oyunda istədiklərini edə bilmədi.

- "Qarabağ"la oyunda daha yaxşı müdafiə olunmuşduz. Bu gün isə əksinə. Bunu nəyə bağlıyırsız?
- "Qarabağ"la görüşdə öncədən əks-hücum futboluna hazırlaşmışdıq. Bu dəfə isə tamam fərqli şəkildə hazırlıq keçmişdik. (komanda.az)


.
.
.
0.37879800796509