Mirabdulla Abbasov: "Qalib də gələ bilərdik, uduza da"

14:14 11-11-2018
Mirabdulla Abbasov: "Qalib də gələ bilərdik, uduza da"

"Neftçi”nin futbolçusu Mirabdulla Abbasov "Zirə” ilə oyun haqda fikirlərini bildirib.
Sportmedia.az xəbər verir ki, hücumçu klubun rəsmi saytına açıqlamasında qol vurduğu üçün sevindiyini, amma bu qolun “Neftçi”yə qələbə qazandırmamasına üzüldüyünü deyib:

"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir. Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq”.


.
.
.
0.45329308509827