Yaponiya klubu "Beşiktaş"ın futbolçusuna göz dikib

17:13 11-11-2018
Yaponiya klubu "Beşiktaş"ın futbolçusuna göz dikib

Yaponiyanın “Vissel Kobe” klubu “Beşiktaş”ın futbolçusu Adriano ilə maraqlanır.
Sportmedia.az xəbər verir ki, bu haqda “Sabah” qəzeti məlumat yayıb.
Yaponiya təmsilçisi 34 yaşlı müdafiəçinin meneceri ilə görüşüb. Klub nümayəndələrinin yanvarda danışıqlara başlayacağı gözlənilir. “Qara qartallar”ın bu transferə müsbət yanaşdığı da iddia edilir.
Xatırladaq ki, Adrianonun İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.


.
.
.
0.38015007972717