Qurban Qurbanov: "Bu gün çox əziyyət çəkdilər"

20:16 11-11-2018
Qurban Qurbanov: "Bu gün çox əziyyət çəkdilər"

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ” “Qəbələ”nin qonağı olub.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin 1:3 hesabı ilə qələbə qazandığı matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:

“Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluğa görə yox, bəzən Avroliqadakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi. Bu gün çox əziyyət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvlərinə istirahət olmayacaq”.


.
.
.
0.6951961517334