Sənan Qurbanov: "Bunların heç biri alınmadı"

22:13 11-11-2018
Sənan Qurbanov: "Bunların heç biri alınmadı"

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
Sportmedia.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyunla bağlı planlaşdırdıqlarımızdan heç biri alınmadı. Bunu da rəqibin bizdən güclü olması ilə əlaqələndirərdim. Hər komponentdə bizdən üstün idilər. Həm topa çox nəzarət etdilər, həm də mübarizələrdə, xüsusilə ikinci hissədə güclüydülər. 90 dəqiqə müdafiə olunmağa məcbur idik, bu da futbolçuların gücünün tükənməsi ilə nəticələndi. Rəqibimiz təcrübəli komandadır. İlk yarıda əzmkarlıq var idi. Məğlub olmuşuqsa, bütün futbolçular zəif oynadı. Rəqibi meydanın onlara aid hissəsində qarşılamaq, topla oynamaq istəyirdik. Amma bunların heç biri alınmadı. Əgər oyunboyu müdafiə olunursansa, məğlub olmaq ehtimalın artır”.


.
.
.
0.56091284751892