Tərlan Əhmədov: "Rəqibə görə belə taktika seçmişdim"

23:53 11-11-2018
Tərlan Əhmədov: "Rəqibə görə belə taktika seçmişdim"

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Hər halda, komandada futbolçu sarıdan artım olacaq. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim”. (komanda.az)


.
.
.
0.35838413238525